[b]Larsson və Eriksson Azərbaycan millisinə qarşı oynayacaq[/b]
04.05.2016 - 13:44
[b]Larsson və Eriksson Azərbaycan millisinə qarşı oynayacaq[/b]

Kişi voleybolçulardan ibarət İsveç millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının I seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq skandinaviyalılar düşərgəyə 20 oyunçu çağırıblar.

 

Komandanın baş məşqçisi Yohan İsaksonn Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək oyunlarda yetirmələrinin özlərini doğruldacağına inam ifadə edib. Onun sözlərinə görə, ev sahibləri, İsveçrə və Azərbaycanla oyunda qalib gəlməyə çalışacaqlar.

 

İsveç millisinin heyəti

 

Toppaylayıcılar: Andreas Eriksson, Dardan Luştaku

Blokçular: Karl Ahremark, Yans Ahremark, David Pettersson, Vilhelm Nilsson, Filip Pettersson

Hücumçular: Peter Lundqren, Fredik Qustavsson, Staffan Blomqren, Markus Nilsson, Erik Sundberq, Viktor Lindberq, Link Yakub, Arno Slipaç, Martin Larsson, Tobias Persson, Linus Ekstrand

Liberolar: Anton Viyk, Yohan Eriksson

 

Qeyd edək ki, İsveç – Azərbaycan matçı mayın 19-da olacaq. 

0