[b]Nazim Əliyevin başçılıq etdiyi 1322 bombardir ordusu - LAYİHƏ[/b]
17.05.2016 - 15:42
[b]Nazim Əliyevin başçılıq etdiyi 1322 bombardir ordusu - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfə 1992-ci ildən keçirilən ölkə çempionatlarının tarixi ərzində neçə futbolçunun qol vurduğuna, onlar arasında rekordçulara, daha çox klubun heyətində fərqlənənlərin siyahısına aydınlıq gətirib, karyerasını davam etdirənlər arasında ən məhsuldar bombardirlərin kimliyini nəzərdən keçirəcəyik.

 

1322 futbolçu qol vurub

 

İlk növbədə onu qeyd edək ki, 1992-2016-cı illədə ölkə çempionatlarında baş tutan 4456 matçda artıq 11449 qol vurulub. Bu toplardan yalnız 11291-i rəqib qapısına vurulan qollardı. Çünki tarix ərzində 158 avtoqol qeydə alınıb. Rəqib qapısına vurulan qollara gəlincə, onlara 1322 futbolçu imza atıb. Onlardan 339-nu qolçu da saymaq olmaz. Çünki bu sayda futbolçu karyerasında cəmi 1 qol vurub.

 

46-sı gəldi, 56-sı dayandı

 

Cari mövsüm 46 futbolçunun qol hesabını açması səbəb olub. Bu oyunçuların bir çoxu debütü indiyə təsadüf etdiyindən yalnız bu çempionatda qol hesabını açıb. Bəziləri isə əvvəl bacarmadıqlarını reallaşdırıblar. Amma elələri də var ki, öncə qol vursa da, cari mövsümdə fərqlənə bilmir. Belə oyunçuların sayı 54-dü. Onlar arasında hesabında daha çox qol olanlar Fərid Quliyev (33), Murad Ağakişiyev (22) və Məhəmməd Qurbanovdu (18).

 

Qol hesabını açmayanlar

 

Ölkə çempionatlarında elə oyunçular da var ki, qol hesablarını aça bilməyiblər. Onlardan 9-u 100 və daha çox matçda iştirak etsə də, fərqlənməyib. Belələri arasında mütləq rekord hazırda “Rəvan”da çıxış edən Elvin Əliyevə məxsusdu. O, 184 oyun keçirdiyi Premyer Liqada rəqib qapısına yol tapmayıb. Hazırda karyerasını elitada davam etdirən daha bir futbolçu - Bədavi Hüseynov da 100-dən artıq matçda qola həsrət qalıb. Milliləşən rusiyalının bu həsrəti 132 oyundan ibarətdi.

 

yer

futbolçu

oyun

1

Elvin Əliyev

184

2

İlham Qurbanov

179

3

Hüseyn İsgəndərov

160

4

Azər Bəşirov

158

5

Elbrus S.Məmmədov

152

6

Bədavi Hüseynov

132

7

Elbrus İsmayılov

104

8

Mixail Kitelman

102

9

Aleksandr İntskirveli

100

 

İki ampluada

 

Cari mövsümdə Nika Kvekveskiri qeyri-adi nəticəylə diqqət çəkib. “İnter”in gürcüstanlı legioneri 4 qol vurduğu çempionatda 1 top da buraxıb. Buna onun bir matçda qapıçı qırmızı vərəqə aldıqdan sonra çərçivədə dayanması səbəb olub. O, Azərbaycan çempionatları tarixində həm qol vuran, həm də buraxan 20-ci oyunçudu. Bu siyahıda bəzən ampluasını dəyişən qapıçılar da var, məcburiyyətdən çərçivədə dayanan sahə oyunçuları da. Belə futbolçular arasında ən diqqətçəkəni Nizami Sadıqovdu. 188 top buraxan qolkiper hücumçu kimi də oynadığı vaxtlarda 19 qol vurub. Daha bir qapıçı, 125 top buraxan Mahir Mirzağayevin də hesabında 5 qol var. Onlardan başqa, Faiq Əzizov, Eldəniz Hüseynov, Vurğun Quliyev, Ceyhun Hüseynov kimi qapıçılar da qol vuranlar siyahısındadı.

 

100 ən yaxşı bombardir

 

Azərbaycan çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyevdi. Onun hesabında 183 qol var. Ən yaxın izləyicilərindən xeyli uzaqlaşan hücumçu 2-ci yerlə müqayisədə 58 top çox vurub. Müşfiq Hüseynovun 125, Rövşən Əhmədovun 116 qolu var. Ümumilikdə isə yalnız 10 futbolçu 100 və daha çox qol vurub. 50 və daha çox qol vuranların sayı isə 33-dü. Ən çox qol vuran 100 futbolçu siyahısında ümumilikdə 102 oyunçu yer alıb. Buna səbəb bura düşmək üçün minimuma bərabər olan 25 topu 7 futbolçunun vura bilməsidi. Onlar 96-102-ci yerlərə şərikdilər.

 

yer

futbolçu

qol

1

Nazim Əliyev

183

2

Müşfiq Hüseynov

125

3

Rövşən Əhmədov

116

4-5

Qurban Qurbanov

115

 

Samir Ələkbərov

115

6

Alay Bəhramov

108

7

Nadir Nəbiyev

103

8-9

Xaqani Məmmədov

102

 

Vadim Vasilyev

102

10

Kənan N.Kərimov

101

11

Musa Qurbanov

94

12

Fazil Pərvərov

89

13

Samir Musayev

88

14-15

Fərrux İsmayılov

85

 

İmamyar Süleymanov

85

16

Samir Əliyev

84

17

İsmayıl Məmmədov

76

18

İlham Məmmədov

74

19

Azər İsayev

73

20

Paşa Əliyev

72

21

Badri Kvaratsxeliya

71

22

Zaur Ramazanov

70

23

Yunis Hüseynov

66

24-25

Vidadi Rzayev

65

 

Mahir Əliyev

65

26-28

Mahmud Qurbanov

61

 

Ramiz Məmmədov

61

 

Georgi Adamiya

61

29

Rəşad Abdullayev

56

30

Həsən Abdullayev

51

31-33

Vüqar Qəmbərov

50

 

Mehman Baxışov

50

 

Yalçın Bağırov

50

34-37

Kamran Əlibabayev

47

 

Ceyhun Tanrıverdiyev

47

 

Zaur Tağızadə

47

 

Yadigar Süleymanov

47

38-39

Mehman İbrahimov

46

 

Viktor İqbekoyi

46

40-41

Aqil Məmmədov

45

 

Vaqif Cavadov

45

42-43

Elşən Məmmədov

44

 

Vüqar Qurbanov

44

44-45

Elmir Xankişiyev

43

 

Vüqar Nadirov

43

46-47

Bəxtiyar Musayev

42

 

Branimir Subaşiç

42

48-49

Fazil Əsədov

41

 

Leandro Qomeş

41

50-53

Samir A.Məmmədov

40

 

Junivan Suares

40

 

Fernando Peres

40

 

Mehman Allahverdiyev

40

54-55

Məqsəd Yaqubəliyev

39

 

Reynaldo

39

56-60

Emin İmaməliyev

38

 

Sakit Alıyev

38

 

Bahodir Nasimov

38

 

Nikolas Kanales

38

 

Rauf Əliyev

38

61-63

Tərlan Əhmədov

37

 

Junior Nildo

37

 

Yakuba Bamba

37

64-65

Ramin Nəsibov

36

 

Baçana Sxadadze

36

66-67

Viktor Kulikov

35

 

Sahib Əliyev

35

68

Əhməd Ticani

34

69-72

Cavid Hüseynov

33

 

Əfran İsmayılov

33

 

Rüfət Quliyev

33

 

Fərid Quliyev

33

73-75

Bəhram Şahquliyev

32

 

Anatoli Doroş

32

 

Samir Zərgərov

32

76-78

Əli Abışov

31

 

Flavio Aleks Valensio

31

 

Riçard Almeyda

31

79-82

Kamal Quliyev

30

 

Ceyhun Sultanov

30

 

Valter Quqlemon

30

 

Rahid Əmirquliyev

30

83-86

Yaşar Abuzərov

29

 

Zahir Əsgərov

29

 

Viktor Mendi

29

 

Vladimir Mazyar

29

87-89

Eldəniz Məmmədov

28

 

Nurəli Əsədov

28

 

Ruslan Qurbanov

28

90-92

Etimad Qurbanov

27

 

Telman Kərimov

27

 

Fabio Luis Ramim

27

93-95

Mübariz Orucov

26

 

Kamran Nurəhmədov

26

 

Asif Məmmədov

26

96-102

Yaşar Hüseynov

25

 

Yaşar Vahabzadə

25

 

Elçin Rəhmanov

25

 

Bəxtiyar Sadıqov

25

 

Zohair Benouahi

25

 

Robertas Poşkus 

25

 

Draqan Çeran

25

 

Ən yaxşı bombardirimiz

 

Bombardirlər siyahısının lideri Nazim Əliyev 183 qola 236 matçda imza atıb. 1992-ci ildə Sumqayıt “Xəzər”i ilə Azərbaycan çempionatında debüt edən hücumçu qollarından 93-nü bu klubda vurub. “Neftçi”də 42 dəfə fərqlənən Əliyev “Dinamo”da 25, “Qarabağ”da 23 dəfə rəqib qapılarına yol tapıb. 183 qolu 9 mövsümdə vuran forvard 4 klubla buna nail olub.

 

mövsüm

klub

oyun

qol

1992

Xəzər (Sumqayıt)

33

39

1993

Xəzər (Sumqayıt)

18

11

1993/94

Xəzər (Sumqayıt)

29

24

1994/95

Neftçi (Bakı)

23

26

 

Xəzər (Sumqayıt)

1

0

1995/96

Qarabağ (Ağdam)

15

6

 

Neftçi (Bakı)

14

16

1996/97

Qarabağ (Ağdam)

29

17

1997/98

Xəzər (Sumqayıt)

13

11

 

Dinamo (Bakı)

10

12

1998/99

Dinamo (Bakı)

31

13

1999/2000

Xəzər (Sumqayıt)

20

8

 

Cəmi

236

183

 

Ən yaxşı “24-lük”

 

Cari mövsümdə Premyer Liqada ən azı 1 oyun keçirənlərdən 14-ü 100 ən yaxşı bombardir siyahısındadı. Burada ən yüksək göstərici 56 qol vuran Rəşad Abdullayevə məxsusdu. Viktor İqbekoyi 47, Vaqif Cavadov 45 dəfə fərqlənib. “100-lüy”ə düşməyən daha 10 oyunçu isə 20 və daha çox qol vurub. Onlar qol hesabını artırmaqla siyahıya düşməyə namizədlərdi. 

 

yer

futbolçu

Qol

1

Rəşad Abdullayev

56

2

Viktor İqbekoyi

47

3

Vaqif Cavadov

45

4

Vüqar Nadirov

43

5

Reynaldo Silva

39

6-7

Nikolas Kanales

38

 

Rauf Əliyev

38

8-9

Əfran İsmayılov

33

 

Fərid Quliyev

33

10

Samir Zərgərov

32

11

Riçard Almeyda

31

12

Rahid Əmirquliyev

30

13

Ruslan Qurbanov

28

14

Asif Məmmədov

26

15-19

Araz Abdullayev

24

 

Nizami Hacıyev

24

 

Nurlan Novruzov

24

 

Ramazan Abbasov

24

 

Yuri Fomenko

24

20

Dodo

23

21-22

Pərdis Fərcad-Azad

22

 

Murad Ağakişiyev

22

23-24

Muarem Muarem

20

 

Rəşad Sadiqov

20

 

Əliyevin “het-triki”

 

Bombardirlərdən danışarkən ayrı-ayrı mövsümlərin ən məhsuldar oyunçularının siyahısına da nəzər salmaq zəruridi. Bir mövsümdə ən çox qol vurmaq rekordu Nazim Əliyevə məxsusdu. O, 1992-ci ildə 39 qolla hamını qabaqlayıb. Əliyev hamıdan çox – 3 dəfə mövsümün bombardiri olub. O, 1994/95 və 1997/98 mövsümlərində də uğurunu təkrarlayıb, “het-trik” müəllifi olub. Zaur Ramazanov isə iki dəfə bombardir mükafatına yiyələnib. Təbii ki, çempionatımızdakı bombardir mükafatı nisbi məsələdi. Çünki bəzən ən məhsuldar oyunçuya heç kağız parçası da verilməyib. Ən az qolla bombardir adını qazanan isə 2000/01 mövsümündə 13 qol vuran Paşa Əliyevdi.

 

mövsüm

futbolçu

klubu

qol

1992

Nazim Əliyev

“Xəzər”

39

1993

Samir Ələkbərov

“Neftçi”

16

1993/94

Musa Qurbanov

“Turan”

35

1994/95

Nazim Əliyev

“Neftçi”

26

1995/96

Rövşən Əhmədov

“Kəpəz”

23

 

Fazil Pərvərov

“Kəpəz”

23

1996/97

Qurban Qurbanov

“Neftçi”

34

1997/98

Nazim Əliyev

“Dinamo”

23

1998/99

Alay Bəhramov

“Viləş”

24

1999/00

Badri Kvaratsxeliya

“Şəmkir”

16

2000/01

Paşa Əliyev

“Dinamo-Bakılı”

13

2003/04

Samir Musayev

“Qarabağ”

20

2004/05

Zaur Ramazanov

“Karvan”

21

2005/06

Yakuba Bamba

“Karvan”

16

2006/07

Zaur Ramazanov

“Xəzər-Lənkəran”

20

2007/08

Xaqani Məmmədov

”İnter”

19

2008/09

Valter Quqlemon

“İnter”

17

2009/10

Fərid Quliyev

“Standard”

16

2010/11

Georgi Adamiya

“Qarabağ”

18

2011/12

Bahodir Nasimov

“Neftçi”

16

2012/13

Nikolas Kanales

“Neftçi”

26

2013/14

Reynaldo Silva

“Qarabağ”

22

2014/15

Nurlan Novruzov

Bakı

15

 

Ən məhsuldar legionerlər

 

Azərbaycan çempionatlarının ən məhsuldar legioneri Badri Kvaratsxeliyadı. Onun hesabında 71 qol var. Milliləşən gürcüstanlı həmyerlisi Georgi Adamiyadan 10 top öndədi. Ümumiyyətlə ilk “100-lük”də 26 əcnəbi var. Təbii ki, milliləşənlər də daxil olamqla. Daha 12 əcnəbi isə 20 və daha çox qol vursa da, “100-lük”dən kənarda qalıb.

 

yer

futbolçu

Qol

1

Badri Kvaratsxeliya

71

2

Georgi Adamiya

61

3

Viktor İqbekoyi

47

4

Branimir Subaşiç

42

5

Leandro Qomeş

41

6-7

Fernando Peres

40

 

Junivan Suares

40

8

Reynaldo Silva

39

9-10

Nikolas Kanales

38

 

Bahodir Nasimov

38

11-12

Junior Nildo

37

 

Yakuba Bamba

37

13

Baçana Sxadadze

36

14

Viktor Kulikov

35

15

Əhməd Ticani

34

16

Anatoli Doroş

32

17-18

Riçard Almeyda

31

 

Flavio Aleks Valensio

31

19

Valter Quqlemon

30

20-21

Viktor Mendi

29

 

Vladimir Mazyar

29

22

Ruslan Qurbanov

28

23

Fabio Luis Ramim

27

24-26

Draqan Çeran

25

 

Robertas Poşkus 

25

 

Zohair Benouahi

25

27-28

Aleksandar Şoliç

24

 

Yuri Fomenko

24

29

Dodo

23

30-34

Dmitri Kudinov

22

 

Pərdis Fərcad-Azad

22

 

İssa Nikiema

22

 

İvan Tsvetkov

22

 

Mario Souza

22

35

Anxel Qustavo Qutyerres

21

36-38

Muarem Muarem

20

 

Julius Vobay

20

 

Leonid Kalfa

20

 

10 klub və 17 mövsüm

 

Daha bir futbolçu – Kənan Kərimov qeyri-adi göstəriciləri ilə bombardirlik keyfiyyətlərini nümayiş etdirib. O, 17 mövsümdə qol sevinci yaşayıb. Bunu 10 klubun heyətində gerçəkləşdirən hücumçu “Avtomobilçi”, “Qarabağ”, “Pambıqçı”, MOİK, “Viləş”, “Kəpəz”, “Şəmkir”, “Turan”, “Karvan” və “Qəbələ”də fərqlənib. İsmayıl Məmmədov, Mahmud Qurbanov 16, Aqil Məmmədov, Xaqani Məmmədov 15 mövsümdə qol sevinci yaşayıblar. İsmayıl Məmmədov, Xaqani Məmmədov 9, Musa Qurbanov, Samir A. Məmmədov 8 fərqli komanda üçün qol vurmağa müvəffəq olublar.

 

Hüseynovdan unikal göstərici

 

Müşfiq Hüseynov bir komandada ən çox qol vuran oyunçudu. O, “Qarabağ”da 109 dəfə fərqlənib. Samir Ələkbərov “Neftçi”də 100-ə çatmaq üçün 1 qol vura bilməyib. Onun hesabında 99 top var. Alay Bəhramov “Viləş”, Nazim Əliyev “Xəzər” S üçün 93 qol vurmağı bacarıb. Ümumilikdə 12 oyunçu eyni komandada 50 və daha çox belə uğur əldə edib.

 

Fərqlərin yaranma səbəbi

 

Qollardan danışarkən bir məqamı vurğulamaq lazımdı ki, statistikada daim yeniləmələrin aparılıb, dəqiqləşdirilməsi zəruridi. Çünki yalnız protokollara əsaslansaq, bir sıra səhvlər yaranar. Dəfələrlə sonradan rəsmi sənəddəki xətalar aradan qaldırılıb. Elə bu da anlaşılmazlıqlara yol açır. Əksər nüfuzlu xarici mənbələr ilkin rəsmi göstəricilərə əsaslanır. Lakin sonradan verilən qərarları nəzərdən qaçırır. Məsələn 2 il öncə xeyli sayda qolun müəllifi sonradan dəqiqləşdirilib, dəyişdirilmişdi. Bəzən qollar avtoqola, bəzən isə tərsinə dəyişdirilib. Təkcə Draqan Çeran iki belə top itirib. Daha bir oyunu xatırlatmamaq olmur. 2004/05 mövsümünün sonuncu turunun “Kəpəz” – “Xəzər Lənkəran”la oyununda qonaqların qələbə qolu penaltidən vurulub. Bu zərbəni Oqtay Dərəlioğli qola çevirib ki, o vaxt az sayda olan mətbuat da bunu belə yazıb. Lakin matçın hakimi Martin Stankov kimi apardığı qeydi ilə anlaşılmazlıqlara səbəb olur. Bir neçə il əvvəl aparılan araşdırmalar sayəsində protokoldakı səhv bir daha təsqiqləndi. Amma əksər mənbələr hələ də həmin qolun müəllifini düzgün göstərmir.

 

Vüqar XEYRULLAYEV

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

0