[b]“Qarabağ” Avstriyada neçə yoxlama görüşü keçirəcək?[/b]
23.05.2016 - 11:47
[b]“Qarabağ” Avstriyada neçə yoxlama görüşü keçirəcək?[/b]

Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan “Qarabağ”ın yay hazırlıq planı müəyyənləşib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

 

Mayın 25-də Azərbaycan Kubokunun final matçına çıxacaq ağdamlılar daha sonra istirahətə buraxılacaqlar. Baş məşqçi Qurban Qurbanov komandanı iyunun 16-da yenidən bir araya toplayacaq. Elə həmin gün ağdamlılar Avstriyaya yola düşəcəklər.

 

Qurbanov son iki ildə olduğu kimi, yenə eyni məkanı seçib. Çempion Zalsburq şəhərinin yaxınlığındakı Kössen qəsəbəsində məskunlaşacaq. Baş məşqçi orda 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

 

Nurlan İbrahimovun sözlərinə görə, toplanış müddəti Çempionlar Liqasının püşkatmasından asılı olacaq. Belə ki, təmsilçimiz ilk görüşünü evdə keçirməli olsa, qarşılaşmadan ən azı bir həftə əvvəl Bakıya dönəcək. Yox, əgər ilk oyun səfərə salınsa, o zaman “Qarabağ” Avstriyadan birbaşa həmin ölkəyə yollanacaq.

0