[b]“Lokomotiv”dən şikayət etməyə hazırlaşan voleybolçu: Çox həyəcanlıyam[/b]
23.05.2016 - 12:37
[b]“Lokomotiv”dən şikayət etməyə hazırlaşan voleybolçu: Çox həyəcanlıyam[/b]

“2 il Polşada, 1 il Azərbaycanda oynadım. Menecerim Tunc Afşarın israrından sonra “Bursa Böyükşəhər Bələdiyyəspor”u seçdim”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in sabiq voleybolçusu Özgə Kırdar Cemberçi deyib.

 

31 yaşlı toppaylayıcısı karyerasını vətəni Türkiyədə davam etdirəcək. “Dəmiryolçular”dan maaş probleminə görə ayrılan Kırdar artıq “Bursa Böyükşəhər Bələdiyyəspor”la rəsmi müqavilə bağlayıb. O, növbəti 1 ildə bu komandanın şərəfini qoruyacaq.

 

3 ildən sonra yenidən Türkiyədə oynayacaq voleybolçu bildirib ki, əsas məqsədi klubunun uğurlarında pay sahibi olmaqdı: “Çox həyəcanlıyam. 2 illik vətənimə dönmüşəm. Klubumuzun hədəfinə çatması üçün əlimdən gələni edəcək”.

 

Qeyd edək ki, Cemberçi son 6 ayda “Lokomotiv”dən əmək haqqını ala bilməyib. Onun beynəlxalq qurumlara şikayət edəcəyi gözlənilir. 

0