[b]AZAL-dan "Neftçi"yə?[/b]
23.05.2016 - 22:40
[b]AZAL-dan "Neftçi"yə?[/b]

 

Topaz Premyer Liqasında mövsüm başa çatdığından komandalar artıq transfer çalışmalarına başlayıb. Apasport.az saytının "Futbolinfo"ya istinadən xəbərinə görə, adı başqa komanda ilə hallananlardan biri də AZAL-ın oyunçusu Tural  Hümbətovdu. 

 

 Ölkə mətbuatında yazılan xəbərlərə inansaq, müdafiəçinin xidmətində “Neftçi” maraqlıdı. Saytımıza açıqlama verən şüvəlanlıların mətbuat katibi Eldəniz Yusifov məsələyə belə münasibət bildirib:  “Tural hazırda AZAL-ın futbolçusudu. Çünki onun klubumuzla 1 illik müqaviləsi var. O ki, qaldı “Neftçi”yə keçidinə, bizə müdafiəçi ilə bağlı heç bir təklif gəlməyib. Ümumiyyətlə, bizimlə müqaviləsi olan futbolçu ilə hər hansı komandanın danışıqlar aparması qaydalara ziddi”.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu 2015-ci ilin yayından bu komandanın şərəfini qoruyur. 

0