[b]İkiqat olimpiya çempionu BOK-u məhkəmə ilə hədələdi[/b]
24.05.2016 - 17:45
[b]İkiqat olimpiya çempionu BOK-u məhkəmə ilə hədələdi[/b]

Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva Beynəlxalq Olimpiya Komitəsini məhkəməyə verə bilər. Apasport.az saytının məlumatına görə, qurum Rusiya atletika yığmasını Rio-2016-ya buraxmazsa, idmançı bu addımı atacaq.

 

Rusiyalı atlet bildirib ki, hüquqlarını müdafiə etməkdə israrlıdı: “Əgər Olimpiadaya buraxılmaqla bağlı məsələmiz həll olunmazsa, insan hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edəcəm”.

 

Ümumrusiya Atletika Federasiyasının prezidenti Dmitri Şlyaxtin isə məsələnin müsbət həllinə ümidini itirməyib: “Hazırda biz təmizik və etməli olduğumuzdan kənara çıxmamışıq. İndi “ilişiləsi” heç nə yoxdu. Lakin hadisələrinin iyunun 17-dən sonra necə davam edəcəyini deyə bilmərəm. Düşünürəm ki, bizim Olimpiadada iştirakımız 50-60 faizdi”.

 

Qeyd edək ki, rusiyalı atletlərin Rioda iştirakı ilə bağlı yekun qərar iyunun 17-də veriləcək. 

0