[b]Millimizin rəqibi heyəti açıqladı[/b]
24.05.2016 - 20:27
[b]Millimizin rəqibi heyəti açıqladı[/b]

Andorra yığmasının Azərbaycan millisinə qarşı keçirəcəyi yoxlama oyunu üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Koldo Alvares heyətə aşağıdakı futbolçuların adını daxil edib:

 

Qapıçılar: Xosep Qomes ("İlyeskas", İspaniya), Ferran Pol ("Andorra");

 

Müdafiəçilər: İldefons Lima, Hordi Rubio (hər ikisi "Santa Koloma"), Emili Yosep Qarsiya ("Andorra"), Mark Qarsiya ("Rubi", İspaniya), Moyzes San-Nikolas ("Luzitans"), Maks Lyovera ("Lyeyda", İspaniya);

 

Yarımmüdafiəçilər: Marsio Vieyra ("Atletiko Monson", İspaniya), Serxio Moreno ("Eklano", İspaniya), Mark Vales ("Ospitalet", İspaniya), Kristian Martines, Viktor Rodriqes (hər ikisi "Santa Koloma"), Hordi Alaez ("Andorra");

 

Hücumçular: Lüdovik Klemente, Alexandre Martines (hər ikisi "Andorra"), Aaron Sançes ("Lyeyda", İspaniya), Endryu Matos ("Enqordan").

 

Qeyd edək ki, Andorra - Azərbaycan matçı mayın 26-da Avstriyada keçiriləcək.

0