“Prosineçki” “Liverpul”a keçir
25.05.2016 - 10:39
“Prosineçki” “Liverpul”a keçir

Avropa nəhənglərinin Xorvatiyanın istedadlı futbolçusu Ante Çoriç uğrunda mübarizəsi davam edir. Apasport.az saytının məlumatına görə, ölkəsində “yeni Prosineçki” kimi tanınan 19 yaşlı yarımmüdafiəçi “Liverpul”a keçməyə daha yaxındı.

 

“Qırmızılar” hücumameyilli oyunçunun transferi üçün Zaqreb “Dinamo”suna 11,5 milyon funt-sterlinq təklif edib. İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp onu gələcəkdə komandanın lideri qismində görür. Tərəflər arasındakı danışıqlar artıq müsbət nəticələnmək üzrədi.

 

Qeyd edək ki, Ante Çoriç Xorvatiyada oyun üslubuna görə, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkiyə bənzədilir.

0