[b]Azərbaycan millisi İsraildə Belarusla oynayacaq[/b]
25.05.2016 - 12:32
[b]Azərbaycan millisi İsraildə Belarusla oynayacaq[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyunu üçün rəqiblərindən biri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasına İsraildə hazırlaşan yığmamız Belarusla üz-üzə gələcək.

 

Keysariyada planlaşdırılan oyun bu gün baş tutacaq. Komandamızın heyətdə yer alan bütün oyunçulara şans verməsi gözlənilir.

 

Qeyd edək ki, Belarus yığması artıq İsraillə yoxlama matçında gücünü yoxlayıb və 3:1 hesabı ilə qalib gəlib. Azərbaycanlı voleybolçuların da israillilərlə oynaması planlaşdırılır. 

0