[b]Yığmamızın oyunçusu Gürcüstan çempionu oldu[/b]
27.05.2016 - 10:01
[b]Yığmamızın oyunçusu Gürcüstan çempionu oldu[/b]

Kişi basketbolçular arasında Gürcüstan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi “Kutaisi” klubu olub.

 

Azərbaycan millisinin basketbolçusu Zaur Paşayevin şərəfini qoruduğu komanda finalda Tiflis “Dinamo”sunu məğlub edib. Həlledici seriyada hesab 2:2 olduğundan çempionun adına 5-ci matçda aydınlıq gəlib. Son oyunda rəqibini 76:71 hesabı ilə məğlub edən “Kutaisi” qızıl medallara layiq görülüb.

 

Millimizin oyun qurucusu qələbədə xüsusi pay sahibi olub. O, komandasının aktivinə 18 xal yazdırıb.

 

Qeyd edək ki, 3-cü yeri “Batumi” tutub. Onlar “Suxumi”dən üstün olublar.

0