[b]925 gündən sonra oynadı, “3”ə çatdı[/b]
27.05.2016 - 10:21
[b]925 gündən sonra oynadı, “3”ə çatdı[/b]

Azərbaycan millisinin qapıçısı Anar Nəzirov yığmadakı quru oyun sayında qeyri-adi göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, “Zirə”nin qolkiperi yığmada keçirdiyi 4-cü oyunda 3-cü dəfə “quru” matç keçirib.

 

Meydana çıxdığı görüşlərin 75 faizində qol buraxmaması ilə nadir nəticə müəllifi olan Nəzirov Andorra ilə avstriyadakı yoxlama oyununda qapısını toxunulmaz saxlayıb. Bu matç 0:0 hesabı ilə başa çatıb.

 

2013-cü il fevralın 1-də Özbəkistan yığmasına qarşı keçirdiyi debüt matçında və 5 gündən sonra Lixtenşteyn üzərində minimal hesablı qələbə zamanı da qol buraxmayan əlcək sahibi yalnız Estoniya məyus edib. 2013-cü il noyabrın 13-də Tallindəki 1:2 hesablı məğlubiyyətdən 925 gün sonra yenidən meydana çıxıb.

0