[b]Rauf Məmmədov liderə uduzdu, Şəhriyar Məmmədyarov Hou Yifanla bacarmadı - YENİLƏNİB[/b]
29.05.2016 - 20:21
[b]Rauf Məmmədov liderə uduzdu, Şəhriyar Məmmədyarov Hou Yifanla bacarmadı - YENİLƏNİB[/b]

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, IV turda iki idmançımız – Teymur Rəcəbov və Rauf Məmmədov ağ, Eltac Səfərli və Şəhriyar Məmmədyarov isə qara fiqurlarla çıxış ediblər.

 

Maraqlıdır ki, bu turda da iki təmsilçimiz – Teymur və Eltac bir-biriləri ilə oynayıblar. Görüşdə qalib müəyyənləşməyib. Rauf Məmmədov turnirin lideri Fabiano Karuanaya məğlub olub. Şəhriyar Məmmədyarov isə yeganə xanım iştirakçı Hou Yifanla xalları yarı bölüb.

 

ShamkirChess 2016

29 may

IV tur

 

Aniş Qiri (Hollandiya, 2790) - Pentala Harikrişna (Hindistan, 2763) - 1:0

Teymur Rəcəbov (Azərbaycan, 2726) - Eltac Səfərli (Azərbaycan, 2664) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2655) - Fabiano Karuana (ABŞ, 2804) - 0:1

Hou Yifan (Çin, 2663) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 0,5:0,5

Pavel Elyanov (Ukrayna, 2765) - Sergey Karyakin (Rusiya, 2779) - 0,5:0,5

 

Turnir cədvəli: Karuana - 3,5 xal; Qiri – 3 xal; Karyakin, Məmmədyarov, Rəcəbov,  Səfərli - hamısı 2 xal; Məmmədov, Harikrişna, Yifan – hamısı 1,5 xal; Elyanov – 1 xal

0