Dani Alvesin yeni klubu bəlli oldu: 5 milyon qazanacaq
29.05.2016 - 16:32
Dani Alvesin yeni klubu bəlli oldu: 5 milyon qazanacaq

“Barselona”nın müdafiəçisi Dani Alves “Yuventus”a keçmək üzrədir. Apasport.az saytının məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.

 

Bildirlib ki, tərəflər arasında 2 və ya 3 illik anlaşma imzalanacaq. Braziliyalı müdafiəçi isə bu əməkdaşlıqdan bir ilə 5 milyon avro qazanacaq.

 

Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

0