[b]“Oyundan zövq aldım” – Rauf Məmmədov[/b]
29.05.2016 - 22:23
[b]“Oyundan zövq aldım” – Rauf Məmmədov[/b]

"Fabiano Karuana dünya reytinq sıralamasında 2-ci yerdədi. Onunla oyundan zövq aldım və bir çox ideyaları, mövqe baxışları öyrəndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri şahmatçı Rauf Məmmədov deyib.

 

ShamkirChess 2016-nın IV turunda amerikalı Fabiano Karuana ilə qarşılaşan qrossmeysterimiz məğlub olduğu görüş haqqında fikirlərini bölüşüb: “Oyunumuz gərgin keçdi, açılışda aktiv oynadım, rəqib şahınının piyada strukturunu dağıtdım, amma bu, lazımi nəticə vermədi. Yaranmış sonluq mənim üçün pis oldu və uduzdum".
 

Karuana da açıqlama verib: "Rəqibim İtalyan oyununu seçdi. Gedişatı nadir bir istiqamətə yönləndiridi. Yaranmış mövqedə mən daha yaxşı gedişlər tapdım, yaxşı sonluq əldə etdim və rəqibimi çıxılmaz vəziyyətdə salaraq məğlub etdim. Ümumiyyətlə qeyd edim ki, Vüqar Həşimov Memorialı hələ ki mənim üçün uğurla start götürüb"

0