[b]“Sanki nəsə çatmırdı” – Ağabala Ramazanov[/b]
30.05.2016 - 00:01
[b]“Sanki nəsə çatmırdı” – Ağabala Ramazanov[/b]

Avstriya toplanışı çərçivəsində ikinci matçında Makedoniyaya uduzan milli komandamızın hücumçusu Ağabala Ramazanovun apasport.az saytına müsahibəsi.

 

 - Milli iki matç oynayıb. Çox zəif Andorra ilə heç-heçə və Makedoniyaya növbəti məğlubiyyət. Bu barədə nə deyə bilərsiniz?

- Buna qədər rəqiblə 5 oyun keçirmişdik ki, onlardan 4-də məğlub olmuşduq, bir görüş də bərabərliklə bitmişdi. Matçdan qabaq baş məşqçi bizə bunları anlatmışdı və motivasiyamız yetəri qədər yüksək idi. Yaxşı da hazırlaşmışdıq. Ancaq ilk yarıda sanki nəsə çatmırdı. Çox zəif çıxış elədik. Ancaq ikinci hissədə toparlana bildik, qol vurduq, başqa vəziyyətlər də oldu, mənim özümün də imkanım oldu, yararlana bilmədim. Yaxşı oynadıq, 3-cü qolu saymasaq, hər şey normal idi.

 

- Çatışmayan nədir millidə?

- Bu barədə mən nəsə deyə bilmərəm. Baş məşqçi daha yaxşı bilər.

 

- Sizin də imkanınız oldu və fərqlənə bilmədiniz. Həmin an nə əskik olur ki, zərbə çərçivəyə getmir?

- Doğrudur, elə ikinci hissə başlayan kimi əlverişli vəziyyətim var idi, ancaq istifadə edə bilmədim. Mənə elə gəlir ki, təcrübəm çatmadı.

 

- Mövsüm başa çatan kimi klubunu dəyişdin. “İnter”lə bağlı nə deyə bilərsən?

- Bir neçə təklif var idi. Düşündüm və “İnter”i seçdim. Məncə yanılmamışam bu seçimimdə. Çünki bu il yerlilərdən yığılmış yaxşı kollektiv olacaq. İnanıram ki, bu il yaxşı heyətlə çempionluq üçün mübarizə aparacağıq.

0