Mourinyo fikrini dəyişdi: İbrahimoviç...
30.05.2016 - 13:13
Mourinyo fikrini dəyişdi: İbrahimoviç...

“Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo isveçli hücumçu Zlatan İbrahimoviçlə bağlı qərarını dəyişib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq Zlatana ehtiyac duymur.

 

PSJ-dən ayrılan İbrahimoviçin “qırmızı şeytanlar”a keçidi gözlənilsə də, yeni çalışdırıcı daha gənc hücumçuya ehtiyac duyduğunu açıqlayıb. Onun siyahısında adı olan forvardlar isə Mauro İkardi (“İnter”) və Pyerr-Emerik Obameyanqdı (“Borussiya”, Dortmund).

 

Ümumiyyətlə, Mourinyo 3 mövqeyə ulduz futbolçu transfer etməyi hədəfləyir. Bunlar müdafiənin mərkəzi, orta sahə və hücumdu. Yarımmüdafiə üçün düşünülən futbolçu “Yuventus”lu Pol Poqbadı.

 

İbrahimoviç isə karyerasını çox güman ki, Qətər və ya ABŞ-da davam etdirəcək.

0