[b]“Neftçi” hansı şəhərə yollanacaq?[/b]
30.05.2016 - 16:11
[b]“Neftçi” hansı şəhərə yollanacaq?[/b]

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Neftçi”nin hazırlıq proqramı böyük ölçüdə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun təlim-məşq toplanışı keçəcəyi şəhər də bəllidi.

 

Komanda iyunun 10-da öz bazasında bir araya gələcək. İlk 2 gündə futbolçulara tibbi baxış olacaq. Ayın 12-dən komanda məşqlərə başlayacaq. Müşahidə Şurası bakılıların iyunun 14-də və ya 15-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanmasını qərara alıb.

 

Əldə etdiyimiz məlumata görə, komanda son illərdə olduğu kimi, yenə Bolu şəhərini özünə məskən seçəcək. Lakin baş məşqçi Vəli Qasımovun yetirmələrini neçə yoxlama görüşündə sınayacağı hələlik məlum deyil.

 

Toplanışın müddəti Avropa Liqasının (AL) püşkatmasından asılı olacaq. Əgər komanda AL-də ilk görüşünü səfərdə keçirsə, o zaman Boludan birbaşa həmin ölkəyə yollanacaq. Əks təqdirdə, “Neftçi” qarşılaşmadan ən azı bir həftə erkən qayıdıb, son hazırlığı Bakıda keçəcək.

 

0