[b]AÇ-2016: Rusiya yığması Fransaya milliləşdirilmiş futbolçularla gedir[/b]
01.06.2016 - 09:14
[b]AÇ-2016: Rusiya yığması Fransaya milliləşdirilmiş futbolçularla gedir[/b]

Rusiya millisi Fransada keçiriləcək Avropa çempionatı üçün yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Leonid Slutski 23 nəfərlik siyahıda heç bir dəyişiklik etməyib.

 

“Lokomotiv”in braziliyalı qapıçısı Marinato Gilyerme və “Şalke”nin Almaniya əsilli müdafiəçisi Roman Noyşdetder də qitə birinciliyində Rusiya yığmasının formasını geyinəcək.

 

Rusiya yığmasının “23-lüy”ü:

 

Qapıçılar: İqor Akinfeyev (MOİK), Marinato Gilyerme ("Lokomotiv"), Yuri Lodıgin ("Zenit")

 

Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı MOİK), İqor Smolnikov ("Zenit"), Roman Noyştedter ("Şalke", Almaniya), Dmitri Kombarov ("Spartak"), Roman Şişkin ("Lokomotiv")

 

Yarımmüdafiəçilər: Aleksandr Qolovin, Roman Şırokov (hər ikisi MOİK), Aleksandr Səmədov ("Lokomotiv"), Denis Qluşakov ("Spartak"), Pavel Mamayev, Dmitri Torbinski (hər ikisi "Krasnodar"), Oleq İvanov ("Terek"), İqor Denisov ("Dinamo"), Oleq Şatov ("Zenit")

 

Hücumçular: Artyom Dzyuba, Aleksandr Kokorin (hər ikisi "Zenit"), Fyodor Smolov ("Krasnodar").

 

Qeyd edək ki, Rusiya yığması İngiltərə, Slovakiya və Uelslə birlikdə B qrupunda mübarizə aparacaq.

0