[b]“Bu barədə federasiya rəsmiləri danışsa, daha yaxşı olar” – Şəhriyar Məmmədyarov[/b]
01.06.2016 - 22:50
[b]“Bu barədə federasiya rəsmiləri danışsa, daha yaxşı olar” – Şəhriyar Məmmədyarov[/b]

“İstirahət günündən sonra yorğunluq hiss olunmur. Amma bunun oyunumuza təsiri yoxdur. Heç kimdə üstünlük yox idi. Fiqurları dəyişəndən sonra belə bərabərlik davam etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin VI turunda digər bir Azərbaycan şahmatçısı Teymur Rəcəbovla qarşılaşan Məmmədyarov Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasına hazırlıq planının tərtib olunduğunu söyləyib.

 

Onun sözlərinə görə şahmatçılarımız mötəbər yarışda məsuliyyəti dərk edir: “Hazırlıq barədə federasiya rəsmiləri danışsa, daha yaxşı olar. Milli komandamız məsuliyyəti başa düşür. Biz bilirik ki, çox çətin yarışdır. Əlimizdən gələni edəcəyik ki, şahmatsevərləri sevindirək. Olimpiadaya hələ vaxt var, ona görə indidən proqnoz vermək istəməzdik”.

0