[b]"Şah" çempiondan üstün oldu - YENİLƏNİB[/b]
02.06.2016 - 19:45
[b]"Şah" çempiondan üstün oldu - YENİLƏNİB[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirin yarışın VII turunda da Azərbaycan qrossmeysterləri bir-birini sınağa çəkiblər.

 

Bir gün öncə Teymur Rəcəbovla “sülh” bağlayan Şəhriyar Məmmədyarov bu dəfə ölkə çempionu Eltac Səfərli ilə qarşılaşıb. "Şah" çempiona qalib gəlib. 

 

“Sülhsevən” Rəcəbov dünya çempionluğuna iddialı Sergey Karyakinlə görüşdə də ənənəsinə sadiq qalıb.

 

Digər təmsilçimiz Rauf Məmmədov da turu yarım xalla başa vurub. Pentala Harikrişna ilə oynayan Rauf qara fiqurlarla bərabərliyə nail olub.

 

ShamkirChess 2016

2 iyun

VII tur

 

Fabiano Karuana (ABŞ, 2804) - Aniş Qiri (Hollandiya, 2790) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Eltac Səfərli (Azərbaycan, 2664) - 1:0

Sergey Karyakin (Rusiya, 2779) - Teymur Rəcəbov (Azərbaycan, 2726) - 0,5:0,5

Pentala Harikrişna (Hindistan, 2763) - Rauf Məmmədov (Azərbaycan, 2655) - 0,5:0,5

Pavel Elyanov (Ukrayna, 2765) - Hou Yifan (Çin, 2663) - 1:0

 

Turnir cədvəli: Karuana - 5,5 xal; Qiri – 5; Karyakin, Məmmədyarov – 4;  Harikrişna – 3,5; Rəcəbov, Məmmədov - 3; Səfərli, Elyanov – 2,5; Yifan – 2.

 

0