[b]“Formula-1”: İlk test yürüşündə qəza baş verdi, 3 pilot yolu səhv saldı[/b] - VİDEO
17.06.2016 - 15:23
[b]“Formula-1”: İlk test yürüşündə qəza baş verdi, 3 pilot yolu səhv saldı[/b] - VİDEO

Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib. Apasport.az saytının məlumatına görə, “Red Bull” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirib.

 

Nəticədə o, bolidi divara çırpıb.

 

Bundan əlavə, 3 pilot döngələrdən birində istiqaməti səhv salıb. Bunlar “Haas” komandasının pilotu Esteban Qutyerres, “Renault”un pilotu Kevin Maqnussen və “Red Bull”un pilotu Daniil Kvyat olub.

 

Belə ki, 16-cı döngədə sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət ediblər. Lakin yolun bağlı olduğunu görərək, sonradan istiqaməti düzəldiblər.

 

Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 19-da baş tutacaq.

 

0