[b]UEFA daha 3 federasiyanı cəzalandıracaq[/b]
20.06.2016 - 11:07
[b]UEFA daha 3 federasiyanı cəzalandıracaq[/b]

Fransada keçirilən Avropa çempionatında azarkeşlərin hərəkətləri bəzi oyunları kölgədə qoyur. Apasport.az saytının məlumatına görə, çılğın fanatların sırasına macarlar da qoşulub.

 

Qrup mərhələsinin II turunda İslandiya ilə keçirilən qarşılaşma zamanı intizamsız hərəkətlərə yol verən macarıstanlı fanatlar matçın ertəsi günü də sakitləşməyiblər. Marsel küçələrində islandiyalı fanatlara və başqa ölkələrdən olan turistlərə hücum çəkən macarlar marketlərə də ziyan vurublar. Yalnız polisin müdaxiləsindən sonra çətinliklə də olsa, onları sakitləşdirmək mümkün olub.

 

II tur oyunlarından sonra isə UEFA Macarıstan da daxil olmaqla, daha 3 federasiyaya xəbərdarlıq məktubu göndərib. Macarıstanla yanaşı, Belçika və Portuqaliya futbol federasiyalarını da azarkeşlərinin hərəkətlərinə görə ciddi cəzalar gözləyir.

 

Onlardan əvvəl isə Türkiyə, Xorvatiya, İngiltərə və Rusiya futbol federasiyalası azarkeşlərinin intizamsızlıqları ucbatından İntizam Komitəsinə cəlb ediliblər.

 

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi bütün bunlarla bağlı iyulun 21-də iclas keçirəcək.

0