[b]"Neftçi" revanşı darmadağınla aldı - YENİLƏNİB[/b]
23.06.2016 - 20:57
[b]"Neftçi" revanşı darmadağınla aldı - YENİLƏNİB[/b]

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” hazırlıq çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun rəqibi yenə Afrika təmsilçisi olub.

 

Belə ki, baş məşqçi Vəli Qasımov yetirmələrini ikinci dəfə Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center”lə görüşdə sınayıb. "Koru” otelinin meydançasında keçirilən matça erkən qolla başlayan təmsilçimiz oyun boyu ərazi üstünlüyünü davam etdirib və sonda böyükhesablı qələbə əldə edib.

 

Qeyd edək ki, bu komandalar ilk dəfə iyunun 20-də üz-üzə gəlmiş və “Neftçi” 1:2 hesabı ilə məğlub olmuşdu.

 

Yoxlama görüşü

23 iyun

"Neftçi" (Azərbaycan) - "SİBM Traning Center” (Afrika) - 3:0

Qollar: Rəhman Hacıyev, 11; Araz Abdullayev, 22, 90

"Neftçi”: Krşevan Santini, Jairo, Vançe Şikov, Dario Melnyak, Məqsəd İsayev, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev, Ruslan Qurbanov, Fəhmin Muradbəyli.

Sonradan meydana daxil olanlar: Elvin Bədəlov, Rahil Məmmədov, Eltun Yaqublu, Kamal Qurbanov, Murad Ağayev, Cavid İmamverdiyev, Ömər Buludov, Aqşin Qurbanlı, Orxan Qurbanlı.

 

0