“Milan”ın yeni baş məşqçisi bəlli oldu
28.06.2016 - 21:23
“Milan”ın yeni baş məşqçisi bəlli oldu

“Milan”ın yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, “rassionerilər”i bundan sonra Vinçenzo Montella çalışdıracaq.

 

“Football İtalia”nın iddiasına görə, “Milan” hazırda “Sampdoria”da işləyən Montella ilə bir illik müqavilə imzalayacaq. Razılaşmaya əsasən, ona 2.3 milyin avro ödənəcək.

 

Artıq klub prezidenti Silvio Berluskoni bu təyinatı təsdiqləsə də, rəsmi açıqlama sabah veriləcək.

 

Qeyd edək ki, “qırmızı-qaralar” Montella üçün genuyalılara bir milyon dollar kompensasiya ödəyəcək.

0