[b]“Qəbələ”dən tarixi qələbə[/b]
30.06.2016 - 22:49
[b]“Qəbələ”dən tarixi qələbə[/b]

“Qəbələ” 2016/17 Avrokubok mövsümünə start verir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

 

Tarixində 3-cü dəfə Avropa arenasında iştirak hüququ qazanan “Qəbələ” ötən mövsümdəki uğuru təkrarlamaq niyyətindədi. Ötən mövsüm 4 mərhələ adlayaraq tarix yazan və qrupa qədər irəliləyən “qırmızı-qaralar”ın bu dəfə ilk rəqibi Gürcüstan təmsilçisi “Samtredia”dı.

 

Roman Qriqorçukun komandası mövsümlərarası fasilədə heyətində ciddi dəyişikliklər etməsinə baxmayaraq, cütün favoriti sayılır. Gürcüstan çempionatının gümüş mükafatçısı olan “Samtredia” 20 ildən sonra Avrokubokda iştirak edir. Avropa Liqasında 17-ci matçına çıxacaq “Qəbələ” doğma azarkeşləri önündə 4-cü qələbəsini qazanmağa çalışacaq. Bununla, şimallılar həm də 8 oyunluq qalibiyyətsizlik seriyasına son qoymaq əzmindədi.

 

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

30 iyun

 

“Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:1

Qollar: Stankoviç, 16, Zenyov, 19, Uiks, 30, 69, 72 - Şergelaşvili, 58

 

Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (hamısı Belarus)

Bakı. 8-ci km qəsəbə stadionu

 

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadıqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrjkeviç, 8. Qismət Əliyev, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov, 90. Ramil Həsənov

 

“Samtredia”: 12. Miqnieşvili, 3. Qoqiaşvili, 4. Sandoxadze, 6. Mancqaladze, 7. Rajamaşvili, 10. Arabuli, 11. Zivzivadze, 14. Cikiya, 16. Şerqelaşvili, 22. Mçedlişvili, 26. Datunayşvili

Ehtiyat oyunçular: 30. Meşveliani, 2. Mtivlişvili, 8. Markozaşvili, 15. Çnobiladze, 17. Kerdzevadze, 39. Qorqiaşvili, 77. Qamkrelidze

 

0