[b]Azərbaycan futbolu belə start görməmişdi...[/b]
01.07.2016 - 14:00
[b]Azərbaycan futbolu belə start görməmişdi...[/b]

Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə qoşulan təmsilçilərimiz ən uğurlu starta imza atıb.

 

Belə ki, 3 komandamızdan ikisi qalib gəlib, biri heç-heçə edib. Bu, daha tez başlayıb, 1 komandamızın startı ilə mövsümü başlamağımıza səbəb olan İntertoto kubokunun ləğvindən sonrakı dövrdə ən yaxşı nəticəmizdi.

 

Əvvəlki 7 mövsümü əhatə edən dövrdə məğlubiyyətsiz startlarımız olub. Lakin həmin illərdə yalnız bir komanda qalib gəlib, ikisi heç-heçəylə kifayətlənib. Bu dəfə isə əksinə olub.

 

Qeyd edək ki, 3 gün öncə başlayan avrokubok mövsümündə “Kəpəz” “Daçiya”nı (Moldova) məğlub edə bilməsə də (0:0), “Neftçi” Maltada “Baltsan”ı 2:0, “Qəbələ” isə Bakıda Gürcüstan “Samtredia”sını 5:1 hesabı ilə yenib.

 

2009/10

2

0

0

2

1-3

2010/11

2

1

1

0

4-1

2011/12

2

1

1

0

5-1

2012/13

3

1

2

0

7-2

2013/14

3

1

2

0

3-2

2014/15

2

1

0

1

3-4

2015/16

3

0

2

1

4-5

2016/17

3

2

1

0

7-1

 

 

 

0