[b]UEFA Teo Uiksi günün qəhrəmanı seçdi[/b]
01.07.2016 - 18:57
[b]UEFA Teo Uiksi günün qəhrəmanı seçdi[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin qəhrəmanlarını müəyyənləşdirib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, fərqləndirilən oyunçular arasında “Qəbələ”nin üzvü də var.

 

Belə ki, qitə futbol qurumu tərəfindən dünənin qəhrəmanı seçilən 2 futbolçudan 1-i “Qəbələ”nin yeni transferi Teo Uiksdi. Gürcüstan təmsilçisi “Samtredia”nı öz meydanında 5:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar”da matçın ən yaxşısı məhz Liberiya millisinin üzvü olub. Yarımmüdafiəçi “Qəbələ”nin heyətində keçirdiyi ilk oyunda 30, 69 və 72-ci dəqiqələrdə vurduğu qollarla het-trikə imza atıb.

 

Günün digər qəhrəmanı isə “Aberdin”in hücumçusu Neyll Makqin seçilib. Şimali İrlandiya millisi ilə ötən ay Avropa çempionatına qatılan Makqin iyunun 16-da Ukrayna ilə görüşdə qol vurub. Ayın 25-də 1/8 final mərhələsi çərçivəsində Uelslə qarşılaşmada meydana çıxan 28 yaşlı oyunçu cəmi 5 gündən sonra “Aberdin”in heyətində “Fola” ilə oyunda 90 dəqiqə mübarizə aparıb. Şotlandların 3:1 hesablı qələbəsinə 1 qolla töhfə verən Makqin məhz əzmkarlığına görə fərqləndirilib.
 

0