[b]Monqolustanda növbəti bürünc medal[/b]
02.07.2016 - 14:13
[b]Monqolustanda növbəti bürünc medal[/b]

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışında ikinci günə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 3 idmançısı mübarizəyə qoşulub. Onlardan yalnız Fəqan Quluzadə yarışı mükafatla başa vurub.

 

73 kq

İlk mərhələdən azad olan cüdiçularımızdan Telman Vəliyev 1/4 finalda rusiyalı Leo Foqelə uduzubsa, Fəqan Quluzadə çinli Yandelhey Ba üzərində qələbə qazanıb.

 

Vəliyev təsəlliverici görüşdə Qazaxıstan təmsilçisi Nurlan Orzalindən üstün olub və bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib. Monqolustanlı Batqerel Batsetseqə uduzan Quluzadə də 3-cü yer uğrunda mübarizə aparmalı olub. İki təmsilçimizin bir-biri ilə qarşılaşmasında Quluzadə daha güclü olub.

 

81 kq

Afiq Səfərli 1/4 finalda monqolustanlı Altansux Batmunxdan güclü olub. Yarımfinalda çexiyalı Yaromir Musil, 3-cü yer uğrunda görüşdə cənubi koreyalı Von Yun Yunqa uduzan təmsilçimiz yarışı mükafatsız başa vurub.

 

Qeyd edək ki, yarışın ilk günündə Davud Məmmədov 60 kq çəki dərəcəsində bürünc medal qazanmışdı.

0