[b]Azərbaycanlı atlet Avropa ikincisi oldu[/b]
09.07.2016 - 00:07
[b]Azərbaycanlı atlet Avropa ikincisi oldu[/b]

Azərbaycanlı atlet Ramil Quliyev Hollandiyanın paytaxtı Amsterdamda davam edən yüngül atletika üzrə Avropa çempionatında gümüş medal qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyəni təmsil edən idmançımız 200 metrəyə qaçışda məsafəni 20.51 saniyə dərəcə ilə 3-cü yerdə tamamlayıb.

 

Ancaq 20.37 nəticə ilə birinci olan yerli qaçışçı Kurandi Martina qaydaları pozduğuna görə, nəticəsi ləğv olunub. Bundan sonra ikinci yerin sahibi ispaniyalı Bruno Hortelano (20.45) qızıl, həmyerlimiz isə gümüş medal qazanıb.

 

Yarışdan sonra açıqlama verən Quliyev bunları deyib: “Türkiyəyə məni qəbul etdiyi üçün təşəkkür edirəm. Klubum çox dəstək verdi. Fənərbaxça İdman Klubuna və prezidentimiz Aziz Yıldırıma təşəkkür edirəm”. 

0