[b]Arda seçimini etdi: "Barselona", yoxsa "Beşiktaş"?[/b]
26.07.2016 - 23:32
[b]Arda seçimini etdi: "Barselona", yoxsa "Beşiktaş"?[/b]

Türkiyə yığmasının kapitanı Arda Turan "Barselona"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi gələcək karyerası ilə bağlı qərarını verib.

 

"Barsa"nın əsas heyətində özünə yer tapa bilməyən Ardanın icarə əsasında "Beşiktaş"a keçəcəyi bildirilirdi. Lakin təcrübəli futbolçu meneceri Ahmet Bulutla söhbətində belə fikirdə olmadığını və Kataloniya klubunda qalmaq istədiyini bildirib. 

 

Bu isə o deməkdi ki, Arda yeni mövsümü "Beşiktaş"da yox, "Barselona"da keçirəcək.

 

Qeyd edək ki, karyerası ərzində "Qalatasaray" və "Atletiko" klublarının da formasını geyinmiş Arda Turan "Barselona"da keçirdiyi 25 oyunda aktivinə 2 qol, 4 assist yazdırıb.  

 

0