[b]“Lill” – “Qəbələ” matçı canlı yayımlanacaq[/b]
27.07.2016 - 12:39
[b]“Lill” – “Qəbələ” matçı canlı yayımlanacaq[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Lill” – “Qəbələ” matçı televiziya vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytı xəbər verir ki, futbolsevərlər sabah Fransada keçiriləcək görüşü “CBC Sport” kanalı vasitəsilə izləyə biləcəklər.

 

Qeyd edək ki, “Lill” – “Qəbələ” qarşılaşması Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

0