[b]Ramil Şeydayev “Trabzonspor”da qol hesabını açdı[/b]
28.07.2016 - 09:10
[b]Ramil Şeydayev “Trabzonspor”da qol hesabını açdı[/b]

Azərbaycan əsilli futbolçu Ramil Şeydayev "Trabzonspor"da ilk qolunu vurub. Apasport.az saytı xəbər verir ki, bu, “bordo-mavililər”in Macarıstan toplanışı çərçivəsində  ilk yoxlama matçında qeydə alınıb. 


Avstriyanın aşağı liqa təmsilçisi "Gerasdorf"la qarşılaşan türkiyəlilər böyükhesablı qələbə qazanıblar. Belə ki, görüş “Trabzonspor”un 6:1 hesablı qalibiyyəti ilə başa çatıb.

 

Ramil meydana start heyətində çıxıb və oyunu əvəzlənmədən keçirib. sonadək mübarizə aparıb. Matçın sonlarında fərqlənən Şeydayev komandasının axırıncı qoluna imza atıb. 

0