[b]“Zirə”: bu gün məşq, sabah oyun[/b]
28.07.2016 - 11:57
[b]“Zirə”: bu gün məşq, sabah oyun[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlığını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” dünən iki məşq keçiblər.

 

Səhər məşqinə toplu və topsuz hərəkətlər daxil olub. Məşqin sonunda baş məşqçi Adil Şükürov komandanı top saxlamaq üzərində çalışdırıb.

 

Axşam məşqi səhərkindən fərqlənib. Bu dəfə “qartallar” taktiki-texniki hazırlığın yüksəldilməsinə çalışıblar.

 

Bu gün isə “Zirə” bir məşqlə kifayətlənəcək. Bu, Boludakı ikinci yoxlama oyunu öncəsi son hazırlıq olacaq.

 

Qeyd edək ki, “Zirə” iyulun 29-da Türkiyənin “Göztəpə” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19-00-da başlayacaq.

 

0