[b]“Bundan sonra toparlanmaq çətin oldu” - Baqali Dabo[/b]
29.07.2016 - 00:33
[b]“Bundan sonra toparlanmaq çətin oldu” - Baqali Dabo[/b]

“Nəticəni bizim üçün yaxşı hesab etmək olar. Çünki biz səfərdə qollu heç-heçə etmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin hücumçusu Baqali Dabo deyib.

 

Avropa Liqasının üçüncü mərhələsinə səfərdə start verən və güclü “Lill”ə qarşılaşan “Qəbələ” 1:1 hesablı heç-heçə edib. Çütün favoriti rəqib hesab edilsə də, erkən qol vurann təmsilçimiz Fransaya turist kimi gəlmədiyini ortaya qoyub. Səfərdəki qollu heç-heçə sayəsində cavab oyuuna üstün çıxacaq “Qəbələ” mərhələ adlamaq üçün qolsuz heç-heçə də sərf edir. Bu baxımdan rəqib meydanında vurulan 1 qol komandamızın işinə yarıya bilər. Oyun haqda danışann Dabo azarkeşlərin maraqlı görüş izlədiyini qeyd edib: “Maraqlı və gərgin oyuna şahidlik etdiniz. Hər iki komandanın yenə qol vurmaq üçün imkanları oldu”.

 

“Qırmızı-qaralar”ın yeni transferi ikinci hissədə müdafiəyə daha çox diqqət yerimələrinin səbəbini isə belə izah edib: “Birinnci hissəyə çox konsantrasiya olmuşduq. Fasilədən sonra konsantrasiyamızı itirdik və nəticədə qol buraxdıq. Bundan sonra yenidən toparlanmaq çətin oldu”. 

0