[b]“Barselona” qapıçısı ilə yeni müqavilə bağladı - FOTO[/b]
23.08.2016 - 22:30
[b]“Barselona” qapıçısı ilə yeni müqavilə bağladı - FOTO[/b]

Klaudio Bravonu “Mançester Siti”yə satan “Barselona” digər qapıçısı Mark-Andre ter Ştegenlə bağlı fərqli mövqe tutub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı qolkiper komandası ilə yeni müqavilə imzalayıb.

 

Bravonun gedişindən sonra əsas qapıçı olması gözlənilən 24 yaşlı oyunçu yeni 2 illik sazişə qol çəkib. Əvvəlki müqavilə müddəti 2019-cu ilə qədər olan ter Ştegen artıq 2021-ci ilin yayına qədər “Barsa”ya məxsusdu.

 

Qeyd edək ki, “Barselona”nın bu günlərdə “Ayaks”ın qapıçısı Yasper Silesseni transfer etməsi gözlənilir.

 

0