[b]Azad Rəhimov Olimpiadanın keçiriləcəyi “Kristal Zal”da - FOTOSESSİYA[/b]
26.08.2016 - 11:32
[b]Azad Rəhimov Olimpiadanın keçiriləcəyi “Kristal Zal”da - FOTOSESSİYA[/b]

Gənclər və İdman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi “Kristal Zal”da olub. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Rəhimova hazırlıq işləri barədə məlumat verilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib. 

Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra olimpiadanın açılış mərasimi müzakirə edilib. İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən onların hava limanında qarşılanması barədə danışılıb. 

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq. 

0