[b]UEFA “Qəbələ” və “Qarabağ”la bağlı qərarını avqustun 30-da açıqlayacaq[/b]
26.08.2016 - 18:48
[b]UEFA “Qəbələ” və “Qarabağ”la bağlı qərarını avqustun 30-da açıqlayacaq[/b]

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” və “Qəbələ”nin rəqibləri və qrupların təqvimi artıq bəlli olub. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin hələlik yalnız ev matçlarının saatları müyyənləşməyib.

 

UEFA Avroliqanın qruplarındakı bütün qarşılaşmaların saatlarını açıqlasa da, Azərbaycanla bağlı istisnanı da qeyd edib. Hazırkı təqvimə əsasən, “Qəbələ” C qrupunda II turda “Maynts”ı, V turda “Anderlext”i, J qrupunda yer alan “Qarabağ” isə I turda “Slovan”ı və VI turda “Fiorentina”nı Bakı vaxtı ilə saat 23:05-də qəbul etməlidi.

 

Lakin təmsilçilərimiz adətən Avrokubokdakı ev qarşılaşmalarını 21:00-da keçirirlər. Çox güman ki, yenə təqvim buna uyğun dəyişdiriləcək. UEFA-nın rəsmi saytında da Azərbaycan, Rusiya və Qazaxıstanda keçiriləcək qarşılaşmaların saatlarının avqustun 30-da təsdiqlənəcəyi xüsusi vurğulanıb.

0