[b]“Neftçi”nin rəqibləri bəlli oldu[/b]
29.08.2016 - 13:04
[b]“Neftçi”nin rəqibləri bəlli oldu[/b]

"Neftçi”ninəsas komandası Topaz Premyer Liqasında yaranan fasilə dövründə iki yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəqibləri də bəlli olub.

 

“Ağ-qaralar” avqustun 31-də "Rəvan”la üz-üzə gələcək. Sentyabrın 3-də isə paytaxt futbolçuları əvəzedici heyətlə qarşılaşacaq.

 

Hər iki oyun İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək və saat 17:30-da başlayacaq.

 

Mənbə: neftchipfk.com

0