Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət əsas millilərimiz uyğun olaraq Polşa və Macarıstanla qarşılaşıblar. Hər iki millimiz qələbəyə sevinib - 3:1 və 2.5:1.5.
Kişilərdən ibarət ikinci yığmamız Hindistana uduzub, üçüncü millimiz isə Livanı məğlub edib.
İkinci qadın millimiz isə Almaniya ilə heç-heçə oynayıb. Qadınlardan ibarət üçüncü komandamız isə Qırğızıstanı xalsız qoyub.
Olimpiada – 2016
III tur
Kişilər
Azərbaycan-1 (2706) – Macarıstan (2655) - 3:1
Şəhriyar Məmmədyarov – Riçard Repport - 1:0
Teymur Rəcəbov – Zoltan Almasi - 0:1
Rauf Məmmədov – Czaba Baloq - 1:0
Arkadi Naydiç – Benjamin Qledura - 1:0
Azərbaycan-2 (2576) – Hindistan (2651) - 1:3
Vasif Durarbəyli – P. Harikirişna - 0.5:0.5
Nicat Abasov – B. Adhiban - 0:1
Ülvi Bacarani – Qucarti Santoş Vidit - 0:1
Qədir Hüseynov- S.P. Seturaman - 0.5:0.5
Azərbaycan-3 (2350) – Livan (2176) - 4:0
Vüqar Əsədli – Fadi Eyd - 1:0
Nail Bəşirli – Amro El Caviç - 1:0
Abdulla Qədimbəyli – Elie Asmar - 1:0
Pərviz Qasımov – Mahmud Abdulaziz - 1:0
İki turdan sonra turnir cədvəli: 1.Rusiya, 2. Azərbaycan-1, 3.Polşa – 4 xal,... 20.Azərbaycan-2 - 4 xal,... 74.Azərbaycan-3 – 2 xal.
Qadınlar
Polşa (2360) – Azərbaycan-1 (2320) - 1.5:2.5
Monika Soçko – Zeynəb Məmmədyarova - 0:1
Yolanta Zavacka – Günay Məmmədzadə - 0:1
Horovska Şçepkovsla – Gülnar Məmmədova - 0.5:0.5
Klaudia Kulon – Aydan Höccətova - 1:0
Azərbaycan-2 (2248) – Almaniya (2371) - 2:2
Türkan Məmmədyarova – Elizabet Paetz - 0.5:0.5
Xəyalə Abdulla – Marta Miçna - 0:1
Nərmin Xələfova – Melanie Lubbe - 1:0
Ülviyyə Fətəliyeva – Cudit Fuş - 0.5:0.5
Qırğızıstan (1858) – Azərbaycan-3 - 0:4
Aleksandra Samaqanova – Nərmin Məmmədova - 0:1
Diana Omurbekova – Xanım Balacayeva - 0:1
Ayşən Alimbəy qızı – Gövhər Beydullayeva - 0:1
Bəyimay Zahirbəy qızı – Ayan Allahverdiyeva - 0:1
İki turdan sonra turnir cədvəli: 1.Çin, 2.Rusiya, 3.Litva- 4 xal,... 19.Azərbaycan-1 - 4 xal,... 28. Azərbaycan 2 - 4 xal,... 41. Azərbaycan -3 - 2 xal...