SİZİN REKLAM BURADA

“Nəticələrə görə təəssüflənirik” - Mahir Məmmədov

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası başa çatıb. Apasport.az saytının məlumatına görə, Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədov jurnalistlər üçün keçirdiyi brifinqdə yarışın yekunları ilə bağlı danışıb.

 

- Artıq olimpiada başa çatıb. Mötəbər yarışın yekunlarını necə dəyərləndirərdiniz?

- Bakı Şahmat Olimpiadası tarixin yaddaşına qovuşdu. Əfsuslar olsun ki, yığmalarımız son turda medallar uğrunda mübarizədə iştirak edə bilmədi. Nəticələrin belə alınmasına görə təəssüflənirik. Şahmatçılarımız üçün olimpiadadan öncə hər cür şərait yaradılmışdı. Komandalarımız güclü hazırlıq keçmişdilər. Lakin bu idmandı və hər dəfə arzulanan nəticə qazanmaq mümkün olmur. Ola bilər ki, komandamızda haradasa psixoloji sınma yaranıb. 2-3 oyunu şahmatçılarımız uğursuz başa çatdırdılar. Bununla belə, həyat davam edir. Olimpiadanın təşkilatı baxımından nəticələr əladı. Təşkilatçılığımız dünya ictimaiyyəti, iştirakçılar, kapitanlar, məşqçilər, oyunçular, FİDE rəsmiləri tərəfindən müsbət qiymətləndirilir. Olimpiadanın gedişində heç bir mənfi hal yaşanmayıb. Yarışların keçirildiyi “Kristal Zal”da yaradılan sərgi salonu, əyləncə yerləri insanların böyük marağına səbəb oldu. Olimpiada zamanı minlərlə insan, mötəbər qonaqlar sərgi salonunu ziyarət etdi. Əfsuslar olsun ki, olimpiada artıq başa çatdı. Təşkilat və Əməliyyat komitəsinin üzvləri artıq indidən olimpiadanın yekunlaşmasına görə təəssüflənirlər.

Yarışın sponsorlarına dərin minnətdarlıq etmək istərdim. Sponsorların iştirakı olimpiadanı gözəl edən amillərdən biridi.

Dövlət başçımız cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Təşkilat Komitəsi işinin öhdəsindən layiqincə gəldi.

 

- Əsas milli komandalarımız medal qazana bilməsə də, yığmamızın üzvü Gülnar Məmmədova mübarizə apardığı üçüncü lövhədə 1-ci yeri tutdu.

- Gülnarın çıxışı haqda ancaq xoş sözlər demək olar. Ümumiyyətlə xanım şahmatçılarımız yaxşı mənada bizləri təəccübləndirdi. Startdan ardıcıl bir neçə tur məğlub olmadan irəlilədilər.

 

- Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək Azərbaycana nə verdi?

- Hazırda Bakı şahmat yarış meydanına çevrilib. Bu yarışın ölkəmizdə şahmatın inkişafı baxımından sıçrayış edəcəyini söyləyə bilmərəm. Çünki onsuz da ölkəmizdə şahmatın inkişafı göz önündədi. Regionlarda şahmatın inkişafı çox yüksək sürətlə gedir. Bütün təbəqələr, müxtəlif auditoriyalar bu idman növünə böyük maraq göstərir. Hazırda ölkəmizdə şahmat böyük potensiala malikdir. Böyük idmançı və məşqçi ordusu yetişir. Gələcəkdə yüksək səviyyəli şahmatçıların yetişdirilməsi üçün böyük potensial mövcuddu. Valideynlər övladlarını şahmata aparmaqdan qürur duyurlar. Olimpiadada ikinci və üçüncü komandalarımız əsas yığmadan uğursuz çıxış etmədilər. Hətta bəzi məqamlarda bizi daha çox sevindirdilər. 2009-2014-cü illər üzrə ölkəmizdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının tam yerinə yetirildiyinin şahidi olduq. Şahmat qarşıdakı illərdə Azərbaycanda daha da inkişaf edəcək. Bundan sonra da mötəbər yarışlara ev sahibliyi edəcəyik. Mətbuatımızın da bu idman növünə marağı gündən-günə artır. Olimpiadanın işıqlandırılmasında yaxından iştirak edən mətbuat nümayəndələrinə minnətdarlıq edirik.

 

- 2009-2014-cü illər üzrə şahmatın inkişafı ilə bağlı proqramın yüksək səviyyədə yerinə yetirildiyini vurğuladınız. Yaxın gələcəkdə yeni inkişaf proqramının qəbul olunmasını gözləmək olar?

- Dəqiq bir söz deyə bilmərəm. Onsuz da əvvəlki proqram ölkəmizdə şahmatın inkişafına təkan verib. Bu idman növü ölkəmizdə ən yüksək səviyyəyə qaldırılıb. Məktəblərdə şahmat tədris olunmağa başlayıb. Xüsusən də Naxçıvanı, digər regionlarımızı nümunə kimi göstərmək olar.

 

- FİDE yüksək təşkilatçılığa görə sizə xüsusi mükafat təqdim edib. Bu barədə məlumat verməyinizi istərdik...

- Bu günlərdə FİDE-nin konqress iştirakçılarının, kapitanların, rəsmi nümayəndələrin qəbulu oldu. Həmin tədbirdə mənə kiçik bir mükafat verildi. Amma bu mükafat tək mənim yox, bütövlükdə Əməliyyat Komitəsinin uğurudu (Bakı Şahmat Olimpiadasının mətbuat xidməti).

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

14

10

2

2

26-6

32

2.

Qəbələ

14

9

4

1

30-7

31

3.

İnter

14

6

7

1

21-12

25

4.

Sumqayıt

14

4

5

5

13-18

17

5.

Zirə

14

4

3

7

11-15

15

6.

Kəpəz

14

3

6

5

10-13

15

7.

Neftçi

14

3

0

11

9-30

9

8.

 AZAL

14

1

5

8

6-25

8

               

 

Top 10