[b]Nazir yenidən federasiya prezidenti oldu[/b]
24.09.2016 - 14:53
[b]Nazir yenidən federasiya prezidenti oldu[/b]

Bu gün Rusiya Futbol İttifaqına növbədənkənar prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, gözlənildiyi kimi, postun son sahibi Vitali Mutko yenidən bu vəzifəyə seçilib.

 

Seçkilərin gedişində Rusiyanın İdman Nazirinin əsas rəqibi Valeri Qazzayev olub. Bir zamanların məşhur məşqçilərindən olan futbol mütəxəssisi bu dəfə idarəçilikdə özünü sınamaq istəsə də, onun ilk cəhdi uğursuz alınıb.

 

Səs verən üzvlərdən 65 faizi (266 səs) Mutkonu, 142 nəfər isə (35 %) Qazzayevi dəstəkləyib.

 

Qeyd edək ki, hazırda həm də nazir kimi fəaliyyət göstərən Mutko ilk dəfə 2005-2009-cu illərdə bu vəzifədə çalışıb.

0