[b]Qolsuz başlayıb, darmadağınla davam edən 24 illik rəqabət[/b]
24.09.2016 - 15:44
[b]Qolsuz başlayıb, darmadağınla davam edən 24 illik rəqabət[/b]

Topaz Premyer Liqasının VI turunda “Qarabağ” səfərdə “Kəpəz”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klublarından ikisinin qarşılaşması sayca 42-ci olacaq.

 

Geridə qalan oyunlardan 14-də gəncəlilər qələbəyə sevinibsə, 19 matçda ağdamlılar 3 xalı aktivinə yazdırıb. 8 görüşdə isə tərəflər bərabərliyə razılaşıblar.

 

İlk dəfə 1992-ci il iyunun 24-də qarşılaşmış rəqiblər həmin oyunda sükutu poza bilməmişdilər. Maraqlıdı ki, komandalar arasındakı son 16 oyunda gəncəlilər qələbəyə həsrət qalıblar. Son 5 görüşdə isə “Qarabağ” ardıcıl qalib gəlib.

 

İki klubun son görüşü bu ilin aprel ayında baş tutub və Qurban Qurbanovun yetirmələri darmadağına seviniblər.

0