[b]"Neftçi" yenə uduzdu[/b]
27.09.2016 - 20:50
[b]"Neftçi" yenə uduzdu[/b]

Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 1 qarşılaşma baş tutub.

 

Turun son matçı Bakıda keçirilib. Turnir cədvəlinin aşağı pillələrində qonşu olan “Neftçi” və “Sumqayıt” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər.

 

Ardıcıl 4 məğlubiyyət almaqla, ölkə çempionatlarındakı antirekordunu müəyyənləşdirən “ağ-qaralar” bu matçda da dönüş edə bilməyiblər. Komanda hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. İlk hissə bərabərliklə başa çatıb.

 

İkinci hissədə daha bir dəfə fərqlənən "Sumqayıt" matçdan qələbə ilə ayrılıb.

 

Topaz Premyer Liqası

VI tur

27 sentyabr (çərşənbə axşamı)

 

“Neftçi” – “Sumqayıt” - 1:2

Qollar: Cavid İmamverdiyev, 6 - Yusif Nəbiyev, 19, Seymur Əsədov, 71

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

“Əlincə Arena”

“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 6. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 10. Cavid İmamverdiyev, 7. Araz Abdullayev (k), 99. Denilson Pereyra, 19. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 26. Kamal  Qurbanov, 20. Eltun Yaqublu, 9. Katalin Tira, 95. Elvin Bədəlov, 23. Tərzin Cahangirov

Baş məşqçi: Elxan Abdullayev

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 25. Ayaz Mehdiyev, 42. Kamran Abdullazadə, 66. Afşin Esmaeilzadeh

Məşqçi: Seymur Rəhimov

 

1.

Qəbələ

6

5

1

0

17-0

16

2.

İnter

6

4

2

0

11-6

14

3.

Qarabağ

6

4

1

1

15-3

13

4.

Kəpəz

6

1

4

1

6-6

7

5.

Sumqayıt

6

2

1

3

5-8

7

6.

Zirə

6

2

0

4

4-8

6

7.

Neftçi

6

1

0

5

4-16

3

8.

AZAL

6

0

1

5

2-17

1

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 6

0