[b]"Qarabağ" İtaliyadan darmadağın dönür - YENİLƏNİB[/b]
29.09.2016 - 22:51
[b]"Qarabağ" İtaliyadan darmadağın dönür - YENİLƏNİB[/b]

Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olub.

 

İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb.

 

İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.

 

Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.

 

Avropa Liqası

Qrup mərhələsi

II tur

J qrupu

 

“Fiorentina” (İtaliya)- “Qarabağ” - 5:1

Qollar: Babakar, 39, 45+2, Kaliniç, 43, Zarate, 63, 78 - Ndlovu, 90

Qırmızı vərəqə: Elvin Yunuszadə, 30

 

Baş hakim: Oliver Draxta

Baş hakimin köməkçiləri: Roland Brandner, Stefan Kühr

Dördüncü hakim: Roland Ridel

Əlavə köməkçi hakimlər: Manuel Şuttenqruber, Diter Makenhammer (hamısı Avstriya)

Hakim-inspektor: Mihael Arquro (Kipr)

UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya)

Florensiya. “Artemio Franki” stadionu

 

“Fiorentina”: 12. Çiprianu Tataruşanu, 4. Sebastian De Mayo, 6. Karlos Sançes, 9. Nikola Kaliniç, 10. Federiko Bernardeşi, 15. Maksimiliano Oliviera, 16. Kristian Tello, 18. Karlos Salsedo, 19. Sebastian Kristofor, 30. Xouma Babakar, 40. Nenad Tomoviç

Ehtiyat oyunçular: 1. Luka Lezzerini, 5. Milan Badeli, 7. Mauro Zarate, 8. Matias Veçino, 20. Borxa Valero, 25. Federiko Kyeza, 31. Xrvoye Milik

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Miçel, 9. Reynaldo, 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Biyan Şaronov, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarrem Muarrem, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

 

 

1

Fiorentina

2

1

1

0

5-1

4

2

PAOK

2

1

1

0

2-1

4

3

Slovan

2

0

1

1

3-4

1

4

Qarabağ

2

0

1

1

3-7

1

 

0