[b]“Şah” erməni ilə sülhə razılaşdı[/b]
04.10.2016 - 20:32
[b]“Şah” erməni ilə sülhə razılaşdı[/b]

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da mötəbər yarışda yeddinci oyununa çıxıb.

 

Qrossmeysterimiz erməni şahmatçı Levon Aronyanla üz-üzə gəlib. Görüş bərabərliklə yekunlaşıb. Tərəflər 40-cı dəqiqədə hərəyə yarım xala razılaşıblar.

 

Qeyd edək ki, 7 oyundan sonra hesabında 3 xal olan Məmmədyarov 8-ci pillədə qərarlaşıb.

0