[b]Tanınmış futbolçu yumruqla komanda yoldaşının burnunu qırdı[/b]
17.10.2016 - 16:13
[b]Tanınmış futbolçu yumruqla komanda yoldaşının burnunu qırdı[/b]

Tanınmış futbolçu Anderson Oliveyra növbəti dəfə qalmaqalla gündəmə gəlib. Apasport.az saytı xəbər verir ki, “İnternasional” klubunda çıxış edən yarımmüdafiəçi məşq zamanı komanda yoldaşı Villianla dalaşıb.

 

Belə ki, futbolçular arasında mübahisə əlbəyaxaya çevrilib. Nəticədə Anderson yumruq zərbəsi ilə Villianın burnunu qırıb. 21 yaşlı futbolçunun onun cavabını verməsinə komanda yoldaşları çətinliklə də olsa, imkan verməyiblər.

 

Qeyd edək ki, 2007-ci ildə “Porto”dan “Mançester Yunayted”ə 30 milyon avro qarşılığında transfer olunan Anderson 2014-cü ildə “Fiorentina”da 6 aylıq icarə müddəti keçirib və ötən il “İnternasional”la anlaşaraq, Braziliyaya qayıdıb.

 

 

 

 

 

0