[b]“Qarabağ”ın rəqibi Bakıda belə qarşılandı - FOTOSESSİYA[/b]
19.10.2016 - 15:34
[b]“Qarabağ”ın rəqibi Bakıda belə qarşılandı - FOTOSESSİYA[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq PAOK klubu artıq Bakıdadı. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Saloniki təmsilçisi paytaxtımıza yüksək əhval-ruhiyyədə gəlib.

 

Heydər Əliyev adına beynəlxalq hava limanında rəqib komanda sürprizlə qarşılaşıb. Belə ki, Bakının bir qrup yunan sakini aeroporta, PAOK-un futbolçularının görüşünə gedib. Onlar əllərində Saloniki klubunun, eləcə də Azərbaycan bayrağı ilə oyunçuları qarşılayıblar.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – PAOK matçı saat 21:00-da start götürəcək.

0