“Barselona” zəng etsə, cavab vermərəm” - FOTO
21.10.2016 - 19:55
“Barselona” zəng etsə, cavab vermərəm” - FOTO

“Arsenal”ın gənc ulduzu Hektor Bellerin maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, ispan futbolçu “Barselona”da oynamaq istəyib-istəməməsi ilə bağlı verilən suala verdiyi cavabla hər kəsi təəccübləndirib.

 

“Barselona” hazırda mənə zəng etsə, telefona cavab vermərəm” – deyən müdafiəçi Londondakı həyatından razıdır.

 

“Topçular”ın çalışdırıcısı Arsen Venger də 21 yaşlı oyunçu ilə anlaşmanın uzadılmasının tərəfdarıdır: “Onun uzun zaman burda qalmasının tərəfdarıyıq. Bütün ehtiyaclarımızı qarşılayır. Getdikcə möhtəşəm oyunçu olacaq”.

 

Yay transfer pəncərəsində “Barselona” və “Mançester Siti” ilə adı hallanan yekunda Londonda qalmağı üstün tutmuşdu.

0