[b]“Barselona”da növbəti itki: Meydanı göz yaşları ilə xərəkdə tərk etdi - VİDEO[/b]
22.10.2016 - 19:42
[b]“Barselona”da növbəti itki: Meydanı göz yaşları ilə xərəkdə tərk etdi - VİDEO[/b]

La Liqanın IX turunda səfərdə “Valensiya” ilə qarşılaşan “Barselona” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, oyunun 14-cü dəqiqəsində hesab 0:0 olarkən İnyesta zədələnib.

 

Enzo Pereslə mübarizədə yerə yıxılan yarımmüadfiəçiyə həkimlər yaxınlaşsa da, o, oyunu davam etdirə bilməyib.

 

Katalonların kapitanı meydanı xərəkdə, göz yaşları içində tərk edib.

 

Qeyd edək ki, “Barselona”nın bu matçdan öncə də itkiləri var idi. Arda Turan, Rafinya, Pike eyni səbəbdən qarşılaşmada iştirak etmir.

0