[b]Ardıcıl ikinci dəfə dünya çempionu oldu - FOTO[/b]
24.10.2016 - 09:13
[b]Ardıcıl ikinci dəfə dünya çempionu oldu - FOTO[/b]

Qadın voleybolçular arasında klublararası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Manilada keçirilən yarış “Əczaçıbaşı” klubunun çempionluğu ilə başa çatıb.

 

Türkiyə təmsilçisi finalda İtaliya “Kasalmaqqiore”sini üstələyib. Rəqibini 3:2 (25:19, 20:25, 25:19, 22:25, 15:11) hesabı ilə məğlub edən “Əczaçıbaşı” ardıcıl ikinci dəfə dünyanın ən güclüsü adını qazanıb.

 

Üçüncü pilləni isə İsveçrə “Volero”su tutub. Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın kapitanı olduğu Sürix təmsilçisi “Vakıfbank”a (Türkiyə) qalib gəlib – 3:0 (26:24, 25:15, 25:21).

0